Bank Of Baku

«Bank Standard»ın Bakıda yeni filialı açılıb

«Bank Standard»ın Bakıda yeni filialı açılıb
# 09 iyun 2009 09:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakının Mərdəkan qəsəbəsində «Bank Standard» Səhmdar Kommersiya Bankının yeni filialı fəaliyyətə başlayıb.

«APA-Economics»in məlumatına görə, filialın açılış mərasimində çıxış edən «Bank Standard»ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Quliyev qeyd edib ki, hazırda açılan filial sayca 17-cidir: «Filial yerli sahibkarları dəstəkləməklə yeni iş yerlərinin açılmasında və ümumilikdə məntəqənin sosial-iqtisadi infrastrukturunun inkişafında stimullaşdırıcı rol oynayacaq».

C.Quliyevin sözlərinə görə, yeni filial hər növ pərakəndə bank xidmətləri, habelə korporativ müştərilərə xidmət göstərəcək: «Fiziki şəxslərə istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif xidmətlərin göstərilməsi nəzərdə tutulub. Hüquqi şəxslərə gəldikdə isə, ilk növbədə kiçik və orta biznesin dəstəklənməsinə diqqət yetiriləcək».

C.Quliyev onu da bildirib ki, 2009-cu ilin sonunadək «Bank Standanrd» Mingəçevir, Zaqatala və Xırdalan şəhərlərində bir sıra yeni regional filial açmağı planlaşdırır.

Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapitalı 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın xidmət məntəqələrinin ümumi sayı 21 vahid təşkil edir. Onlardan baş ofis, 12 filial və 3 şöbə olmaqla 16-sı paytaxtda, qalan 5 filial isə müvafiq olaraq Gəncə, Quba, Lənkəran, Siyəzən və Sumqayıt şəhərlərində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR