Bank Of Baku

Azərbaycanda akkreditiv əməliyyatlarının həcmi kəskin artıb

Azərbaycanda akkreditiv əməliyyatlarının həcmi kəskin artıb
# 09 iyun 2009 09:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən keçirilən akkreditiv əməliyyatlarının həcmi 2009-cu ilin may ayının 1-nə 214,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 dəfə, cari ilin əvvəlindən isə 4,9 dəfə artıb.

Qeyd edək ki, akkreditiv bir bankın digər banka və ya banklara müştərinin tapşırığı ilə ödənişlərin aparılması barədə tapşırıqdır. Yəni, bu halda müştərinin bankı onun kontragenti olan banklar qarşısında zamin kimi çıxış edir. Müştərinin öz bankı ilə münasibətləri müxtəlif ola bilər - bank müştərinin hesab qalığı çərçivəsində və ya bu həddən daha artıq miqdarda akkreditiv aça bilər. İkinci halda bank müştəriyə artıq faktiki və ya şərti kredit verir. Kreditin şərti olması akkreditiv tapşırığı istiqamətlənən bankla müxbir münasibətləri olduğu halda baş verir.

Akkreditiv əməliyyatları əsasən ticarət, o cümlədən xarici ticarət sahəsində fəal istifadə olunur ki, bu da əməliyyatları nəzərə çarpan dərəcədə asanlaşdırır və nağd hesablaşmaları bu prosesdən kənarlaşdırır.

Cari ilin mayın 1-nə akkreditiv əməliyyatların Azərbaycanda fəaliyyət göstərən bankların ümumi kredit portfelində xüsusi çəkisi 3,42% təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin mayın 1-nə 0,41%, cari ilin əvvəlinə isə 0,61%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR