Bank Of Baku

Dünya Bankı Azərbaycana yeni kredit ayıracaq

Dünya Bankı Azərbaycana yeni kredit ayıracaq
# 09 iyun 2009 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının sonunadək Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda kadr potensialının yaxşılaşdırılması layihəsinə dair kreditin ayrılmasını təsdiq edə bilər.

DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında sonuncu dəfə layihəyə dair müzakirələr bu ilin may ayında aparılıb və lazımi sənədlər artıq Bankın Direktorlar Şurasına təqdim olunub: «İlkin olaraq layihənin icrasına DB 5 mln. ABŞ dolları ayırmağa planlaşdırırdı. Lakin sonradan bu məbləğ 8 mln. dollaradək artırılıb. Ümumiyyətlə, layihənin dəyəri 10 mln. dollar təşkil edir».

Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR