Bank Of Baku

Azərbaycanda aprel ayında iki bank maliyyə nəticələrini yaxşılaşdırıb

Azərbaycanda aprel ayında iki bank maliyyə nəticələrini yaxşılaşdırıb
# 09 iyun 2009 10:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən 46 kommersiya bankından 39-u 2009-cu ilin yanvar-aprel aylarını mənfəətlə başa vurub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, yanvar-mart aylarının nəticəsində isə 37 bank mənfəət əldə edib.

Beləliklə, cari ilin yanvar-aprel aylarının yekunlarına görə, 39 bank tərəfindən əldə olunan mənfəət 112,63 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,62 mln. manat azdır. Eyni zamanda, ötən ilin yanvar-aprel aylarında mənfəətlə işləmiş bankların sayı 37 olub.

Cari ilin ilk dörd ayı ərzində zərərlə işləyən 7 bankın məcmu zərəri 7,77 mln. manat təşkil edib ki, bu da son bir ildə 570 min. manat azalma deməkdir. Nəticədə, mənfəətlə və zərərlə işləyən banklar üzrə yekun mənfəət son bir ildə 5,05 mln. manat azalaraq yanvar-aprel ayları ərzində 104,86 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR