Bank Of Baku

Beynəlxalq təşkilatlar Azərbaycan regionlarının inkişafına dair yeni dövlət proqramının icrasında iştirak etmək niyyətindədir

Beynəlxalq təşkilatlar Azərbaycan regionlarının inkişafına dair yeni dövlət proqramının icrasında iştirak etmək niyyətindədir
# 09 iyun 2009 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyində beynəlxalq maliyyə institutları və donor təşkilatların iştirakı ilə «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təqdimatına həsr olunmuş dəyirmi masa keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi ilə yanaşı, Avropa Komissiyası, ATƏT, BMT, ABŞ-ın USAID, Almaniyanın GTZ, İsveçrənin SECO, Türkiyənin TİKA təşkilatları, Dünya Bankı, KfW Bankı və Asiya İnkişaf Bankının nümayəndələri də iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə institutları və donor təşkilatlarının yeni Dövlət Proqramı haqqında məlumatlandırılması və onların bu proqramın icrasında iştirak imkanlarının müzakirə edilməsi olub.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Əsgər Ələkbərov ilk dövlət proqramının (2004-2008-ci illər) uğurla icra olunduğunu vurğulayıb, yeni Dövlət Proqramının həyata keçirilməsində beynəlxalq maliyyə institutları və donor təşkilatlarının rolunun əhəmiyyətini qeyd edib.

Nazirliyin şöbə müdiri Sahib Məmmədov isə yeni Dövlət Proqramı haqqında geniş təqdimatla çıxış edib.

Tədbirdə iştirak edən beynəlxalq maliyyə institutları və donor təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumların dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verib, yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. Belə ki, Avropa İttifaqının TACİS Proqramının layihə rəhbəri Reyçl Makkovan, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nura Hamlaci, İsveçrənin SECO təşkilatının Azərbaycan üzrə nümayəndəsi Filipp Keller, GTZ-nin iqtisadçısı Sandra Dömpke, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan nümayəndəsi Aliyə Əzimova və başqaları çıxış edərək, təmsil etdikləri qurumların yeni Dövlət Proqramının icrasında da iştirak etmək niyyətlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR