Bank Of Baku

«Bank Standard» bu il nizamnamə kapitalını artırmayacaq

«Bank Standard» bu il nizamnamə kapitalını artırmayacaq
# 09 iyun 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində nizamnamə kapitalını artırmayacaq. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

C.Quliyevin sözlərinə görə, hazırda bankın nizamnamə kapitalı təxminən 65 mln. manatdır və bu, bank üçün kifayət edən həcmdir. Bu baxımdan, il ərzində bankın nizamnamə kapitalının artırılması nəzərdə tutulmur.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 539,286 mln. manat, depozit portfeli 153,501 mln. manat, kredit portfeli 383,904 mln. manat, məcmu kapitalı 79,365 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 17 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR