Bank Of Baku

Azərbaycan İpoteka Fondu müvəkkil banklar üçün maliyyələşdirmə limitini artıracaq

Azərbaycan İpoteka Fondu müvəkkil banklar üçün maliyyələşdirmə limitini artıracaq
# 09 iyun 2009 15:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) müvəkkil kredit təşkilatları üçün mövcud maliyyələşdirmə limitini artıra bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, bütövlükdə 50 mln. manatdan artıq həcmdə ipoteka istiqrazlarının emissiyası və yerləşdirilməsi nəzərdə tutulub. Bunun nəticəsində cəlb olunacaq vəsaitlərin də ipotekaya yönəldilməsi və bununla da bir bank üçün müəyyənləşdirilmiş maliyyələşdirmə limitinin (1 mln. manat) artırılması mümkündür: «Hazırda müvəkkil kredit təşkilatlarına 1 mln. manatın ayrılması nəzərdə tutulub ki, bu da maksimum 20 ipoteka krediti deməkdir».

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan İpoteka Fondunun sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb. İstiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 55 min ədəd, emissiyanın ümumi həcmi isə 55 mln. manat təşkil edir.

Xatırladaq ki, qiymətli kağızlar bazarında yeni alət olan ipoteka istiqrazları bazarda stimullaşdırıcı rol oynayacaq. Ümumiyyətlə, istiqrazlar ipotekanın qiymətli kağızlar vasitəsilə yenidən maliyyələşdirilməsi, onun davamlılığını təmin edəcək.

Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.

Cari ilin iyun ayının 1-dən AİF dövlət ipoteka kreditləşməsini bərpa edib və bu üçün həmin məqsədlərə dövlət büdcəsindən 34 mln. manatın ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR