Bank Of Baku

«Parabank» təhsil və səhiyyə işçilərinə qrup şəklində kreditlər ayıracaq

«Parabank» təhsil və səhiyyə işçilərinə qrup şəklində kreditlər ayıracaq
# 09 iyun 2009 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) təhsil və səhiyyə işçilərinə kreditlərin verilməsi üçün qrup kreditləri məhsulunu təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun şərtlərinə əsasən, təhsil və səhiyyə işçiləri qarşılıqlı zaminlik formasında kredit götürə bilərlər. Müştərilər bu kredit növü üzrə girovdan tam azaddır.

Qeyd edək ki, səhiyyə və tibb işçiləri minimum 7 nəfərin qarşılıqlı zaminliyi formasında qrup kreditlərindən yararlana bilərlər. Qrup krediti üçün müraciət etmiş 7 nəfərdən hər biri girovsuz kredit əldə edir.

Təhsil və səhiyyə işçiləri ilk dəfə müraciət etdikdə əmək haqqının 3 misli, ikinci dəfə müraciət edərsə əmək haqqının 6 misli həcmində kredit götürə bilərlər.

Qrup kreditlərində iştirakçıların maksimal say həddi 20 nəfərə məhdudlaşdırılıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 72,21 mln. manat, kredit portfeli 45,6 mln. manat, məcmu kapitalı isə 11,42 mln. manat təşkil edib. Bankın respublika üzrə 15 filialı, 9 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR