Bank Of Baku

Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 1,72 mlrd. dollarlıq müsbət saldo yaranıb

Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 1,72 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 10 iyun 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 5,4 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 3,54 mlrd. dollarını (66,1%-ni) ölkədən ixrac olunmuş mallar, 1,82 mlrd. dollarını isə (33,9%-ni) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 1,72 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 92,6%, müqayisəli qiymətlərlə 95,1% təşkil edib. İxrac-idxal əməliyyatlarının 44,8%-i Avropa İttifaqı, 16,6%-i MDB ölkələri ilə, 38,6%-i isə digər dövlətlərlə aparılıb.

Ümumi dövriyyənin 57,7%-i Avropa, 28,6%-i Asiya, 13,1%-i Amerika, 0,5%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (80,6%-i) İtaliya, ABŞ, Rusiya, Fransa, İsrail, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan, Böyük Britaniya, Kanada, İndoneziya, Koreya Respublikası və Çin ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR