Bank Of Baku

«Bank Respublika»nın aktivləri son bir ildə 32% artıb

«Bank Respublika»nın aktivləri son bir ildə 32% artıb
# 10 iyun 2009 07:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyun ayının 1-nə 389,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,4% artaraq 238,3 mln. manata, müştəri hesablarında olan vəsaitlərin həcmi 14% artaraq 151,1 mln. manata çatıb.

Bu müddət ərzində bankda yerləşdirilən fiziki şəxslərin əmanətləri 12,1% artaraq 89,6 mln. manat, əhalinin əmanətləri isə 21% artaraq 75 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində bankın gəlirləri 26,6 mln. manat, xərcləri isə 18,9 mln. manat təşkil edib. Hesabat dövrünə bankın balans mənfəəti 7,7 mln. manat olub.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın nizamnamə kapitalında «25%+1 səhm» iştirak payı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR