Bank Of Baku

BMT-nin hesabatı: 2009-cu ildə Azərbaycan iqtisadiyyatında pozitiv artım mümkündür

BMT-nin hesabatı: 2009-cu ildə Azərbaycan iqtisadiyyatında pozitiv artım mümkündür
# 10 iyun 2009 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Avropa, Şimali Amerika və MDB-dən 56 ölkəni özündə birləşdirən Avropa İqtisadi Komissiyası regionu 2008-ci ildə ikinci dünya müharibəsindən sonra iqtisadiyyatın ən dərin geriləmə dövrini yaşayır”. APA-nın məlumatına görə, bu fikirlər BMT-nin “2008-2009-cu illərdə Avropa İqtisadi Komissiyası regionunda: Avropa, Şimali Amerika və MDB-də iqtisadi vəziyyət” adlı yeni məruzəsində öz əksini tapıb. Məruzədə deyilir ki, enerji resursları ilə zəngin olan MDB ölkələri – Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan 1989-cu ilə nəzərən göstəricilərini xeyli artırıblar. 2009-cu ildə MDB ölkələrində iqtisadi artım tempi 5,1 faiz proqnozlaşdırılıb. Lakin Azərbaycan, Albaniya, Kipr, Tacikistan, Türkmənistan və Özbəkistanda 2009-cu ildə pozitiv artım mümkündür, son iki ölkədə bu artım nisbətən davamlı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR