Bank Of Baku

Son bir ildə Azərbaycanda bankomatların sayı 15%, POS-terminallar isə 4,4 dəfə artıb

Son bir ildə Azərbaycanda bankomatların sayı 15%,  POS-terminallar isə 4,4 dəfə artıb
# 10 iyun 2009 08:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin may ayının 1-nə Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 1 572 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankomatların 882-si Bakı şəhərində, 690-ı isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövr ərzində ölkə üzrə POS-terminalların sayı 8404 ədəd olub ki, bu da 2008-ci ilin mayın 1-i ilə müqayisədə 4,4 dəfə çoxdur. Cari dövrdə POS-terminalların 7 588-i Bakı şəhərində, 816-sı isə digər regionlarda quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR