Bank Of Baku

«Turanbank» yeni depozit kampaniyasına başlayıb

«Turanbank» yeni depozit kampaniyasına başlayıb
# 10 iyun 2009 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankı (SKB) «Sirlər Xəzinəsi» adlı yeni depozit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni depozit məhsulu bir neçə əmanət növündən ibarətdir ki, bura «Mücrü», «Xurcun», «Sandıqça», «Qızıl küpə», «Xəzinə» və «Dəfinə» daxildir.

Əmanət növləri üzrə minimum məbləğ 250 manat/dollar/avro, maksimum 1 mln. manat, müddəti 3-60 ay ola bilər. Depozitlər üzrə dividentlər aylıq, rüblük və illik olmaqla 9,9-25,5% dərəcəsi ilə hesablanır.

Bankdan bildirilib ki, əmanət üzrə hesablanmış faizlərin aylıq, rüblük və ya müddətin sonunda ödənilməsindən asılı olaraq, əmanətçiyə təqdim edilən plastik kart üzrə əmanət məbləğinin 65%-i, 75%-i və 95%-i məbləğində 30 günlük faizsiz kredit xətti açılır.

Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR