Eyni zamanda, cari ilin əvvəlindən qızılın qiyməti 106 dollar və ya 12,4% bahalaşıb:
Hazırda dünya qızıl bazarında əsas amil kimi dolların məzənnəsini qeyd etmək lazımdır, onun qalxıb-enməsi dərhal qızılın qiymətində əks olunur. Bu səbəbdən də həm bazar iştirakçıları, həm də ekspertlər qızılın qiyməti üzrə hər hansı proqnozu verməkdə çətinlik çəkir.
Bundan başqa, qızıl bazarına qızıl külçələrə yatırılan investisiyaların həcmi təsir göstərir, bu da dolların məzənnəsi ilə birlikdə əsas amillərdir. Qızıl külçələrə investisiyaların həcmində hazırda nəzərə çarpan azalma müşahidə olunur ki, bu da müəyyən dərəcədə dünya maliyyə bazarlarında sağlamlaşma ilə bağlıdır. Belə ki, səhm bazarlarında sağlamlaşma tendensiyaları nəticəsində qızılın alınmasına (fyuçers kontraktları və külçələr) yatırılan vəsaitlər bu aktivlərdən çıxarılaraq səhmlərə yönəldilir. Nəticədə, bazarda təklif tələbatı üstələyir və bu, qiymətin enməsinə səbəb olur.