Bank Of Baku

Azərbaycan bankları ilin sonuna kimi 1,2 mlrd. manat xarici borc qaytarmalıdır

Azərbaycan bankları ilin sonuna kimi 1,2 mlrd. manat xarici borc qaytarmalıdır
# 10 iyun 2009 13:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2009-cu ilin sonuna kimi 1,2 mlrd. manat həcmində xarici borc qaytarılmalıdır. Gələn il isə bu rəqəm 735 mln. manat təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Standard&Poor’s» beynəlxalq reytinq agentliyinin Azərbaycan bank sisteminə dair risklərin təhlili üzrə hesabatında deyilir.

Hesabata əsasən, təkcə cari ilin yanvar-fevral aylarında banklar xarici öhdəliklərin icrasına 218 mln. manat yönəldib. Azərbaycanın xarici borcun cəmi ÜDM-in 8,5%-i səviyyəsində olduğunu vurğulayan «Standard&Poor’s»un analitikləri qeyd edirlər ki, bankların xarici öhdəlikləri ümumi bank öhdəliklərinin 23%-nə bərabərdir və bu, nəzarət olunan səviyyə kimi qiymətləndirilir. Agentliyin hesabatında həmçinin qeyd olunub ki, 2006-cı ildən 2008-ci ilə qədər bankların xarici öhdəlikləri yüksək sürətlə artaraq ötən ilin sonunadək 1,5 mlrd. manata bərabər olub. Bunun da əsas hissəsi dövlətin nəzarətində olan Azərbaycan Beynəlxalq Bankına (dövlətin payı – 50,2%) məxsusdur.

«Standard&Poor’s» tərəfindən xarici öhdəliklər sahəsində vəziyyətin qənaətbəxş olduğunu təsdiqləyən bir fakt vurğulanır. Belə ki, xarici borc öhdəliklərinin ödənilməsində bank sektorunun davamlığı likvidliyin adekvat səviyyəsi ilə təmin olunur və bununla bağlı qeyd edilir ki, ötən ilin sonuna bank sisteminin pul vəsaitləri və digər likvid aktivlərin məcmu həcmi 3,7 mlrd. manat təşkil edib. Ötən ilin ikinci yarısında xarici maliyyə bazarlarında vəziyyətin mənfiyə doğru dəyişməsi ilə əlaqədar olaraq xaricdən cəldetmənin kəskin azaldığını qeyd edən agentlik mütəxəssislərinin fikrincə, dünya bazarının sabitləşməsindən sonra Azərbaycandakı banklar məqsədli xarici öhdəliklərin cəlb edilməsini yenidən həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR