Bank Of Baku

Azərbaycan bankları yüksək kredit risklərinə meyllidir

Azərbaycan bankları yüksək kredit risklərinə meyllidir
# 11 iyun 2009 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bankları yüksək kredit risklərinə meyllidir. Buna səbəb onların kredit portfellərinin vaxtla sınanmaması, fiziki şəxslərə göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və hüquqi sistemin zəif olmasıdır, çünki bu, problemli ssudaların qaytarılması və girov təminatına mülkiyyət hüquqlarının əldə etməsində çətinlik yaradır. «APA-Economics»in məlumatına görə, bu barədə «Standard&Poor’s» beynəlxalq reytinq agentliyinin Azərbaycan bank sistemi üzrə hazırladığı hesabatda deyilir.

Agentlik qeyd edir ki, son illər müşahidə olunan kreditləşmənin kəskin artımının sürəti hazırda azalır və bu, makroiqtisadi artım tempinin və xarici fondlaşma imkanlarının azalmasının nəticəsidir.

Hesabat müəlliflərinin fikrincə, ötən ilin sonuna 30 gündən artıq vaxtı keçmiş ssudaların ümumi kreditlərin 2,2%-ni təşkil etməsi potensial, yəni yarana biləcək problemli ssudaların sayını və həcmini əks etdirmir. Çünki bankların kredit portfeli vaxt sınağından keçməyib. Kredit portfellərinin gözlənilən pisləşməsi 17% səviyyəsində olan bank sektorunun adekvat kapitallaşma və 2,2% səviyyəsində olan ROA əmsalı ilə sübut olunan qənaətbəxş rentabelliklə yalnız qismən kompensasiya olunur. Belə ki, məcmu ssudaların 6,2%-ni təşkil edən ehtiyatlanma səviyyəsi potensial kredit risklərinin ödənilməsinə kifayət etmir.

«Standard&Poor’s» həmçinin qeyd edir ki, kreditlərin böyük hissəsi (təxminən 37%) fiziki şəxslərə, 24%-i ticarət və xidmət sektoruna verilib. Bu baxımdan banklar kredit portfelinin strukturu, portfel daxili dinamikanı və bazarda baş verə biləcək dəyişikliklərin portfelin keyfiyyətinə edilən və edilə biləcək təsirin diqqətlə izləməlidir, çünki digər inkişafda olan ölkələrdəki kimi Azərbaycanda banklar müştərilər və sahələr üzrə böyük konsentrasiya ilə bağlı olan kredit risklərinə meyllidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR