Bank Of Baku

Azərbaycanda MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilir

Azərbaycanda MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilir
# 11 iyun 2009 08:35 (UTC +04:00)
Qəbələ. Nicat Mustafayev – APA-Economics. Bu gün Qəbələdə (Azərbaycan) MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 49-cu iclası işə başlayıb.

«APA-Economics»in tədbirə ezam olunmuş müxbirinin toplantıdan verdiyi məlumata əsasən, iclasda 9 ölkənin (Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan) gömrük xidmətinin rəsmiləri iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev toplantı iştirakçılarına ölkəmizin gömrük orqanlarının fəaliyyəti tarixindən ətraflı məlumat verib.

A.Əliyev həmçinin qeyd edib ki, iclasda gömrük işi ilə bağlı bir sıra aktual məsələnin müzakirə edilməsi planlaşdırılır. Bunların siyahısına 48-ci iclasda qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi haqqında Şura katibinin məlumatı, Moldova və Ukrayna gömrük xidmətlərinin ilkin məlumata dair informasiya mübadiləsi işinin nəticələri, gömrük sahəsində MDB iştirakçısı olan dövlətlərin beynəlxalq hüquqi bazasının inventarlaşdırılması, gömrük xidmətləri üçün Rusiya Gömrük Akademiyası bazasında 2011-ci ilədək kadrların profilli hazırlanması Konsepsiyasının müddəalarının icrası planı, qarşılıqlı ticarətə dair gömrük statistikası məlumatları tutuşdurulduqda MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətlərinin qarşılıqlı əlaqə qaydaları haqqında Protokolun hazırlanması və s. məsələlər daxil edilib.

Tədbirdə çıxış edən Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov iclasın əhəmiyyətindən danışıb və qeyd edib ki, növbəti 50-ci iclas Kazan şəhərində (Tatarıstan, Rusiya) keçirilməsi planlaşdırılır.

A.Belyaninov həmçinin bildirib ki, bir neçə gün əvvəl Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqı yaradıb.

Qeyd edək ki, iyunun 9-10-da Qəbələdə Şuranın ekspertlərinin iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR