Bank Of Baku

MDB-də gömrük sahəsində vahid informasiya məkanı yaradılacaq

MDB-də gömrük sahəsində vahid informasiya məkanı yaradılacaq
# 11 iyun 2009 09:19 (UTC +04:00)
Qəbələ. Nicat Mustafayev – APA-Economics. MDB ölkələri üzrə gömrük sahəsində vahid informasiya məkanının yaradılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bildirib.

A.Belyaninovun sözlərinə görə, vahid informasiya məkanının formalaşması MDB ölkələri arasında gömrük sahəsində cari işi və qarşılıqlı əməkdaşlığı, dövlətlərarası sərhədlərdən fiziki şəxslərin və malların keçidi prosesini asanlaşdıracaq. Artıq bu istiqamətdə ilkin işlər görülüb, tərəflərin təklifləri toplanıb. A.Belyaninovun fikrincə, bəzi məsələlər üzrə müəyyən fikir ayrılığı mövcuddur və məhz həmin istiqamətdə MDB ölkələri arasında konstruktiv müzakirələr aparılmalıdır.

«Məsələn, Rusiya hazırda Belarusla onlayn rejimdə məlumat mübadiləsi aparır. Analoji əlaqə Qazaxıstanla da yaradılıb», - deyə A.Belyaninov vurğulayıb.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vahid gömrük informasiyası məkanının yaradılması məsələsinin bu gün Qəbələdə (Azərbaycan) keçirilən MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının 49-cu toplantısında müzakirə olunan əsas komponentlərdən biri olduğunu bildirib.

Qeyd edək ki, Şuranın iclasında 9 ölkənin (Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan) gömrük xidmətinin rəsmiləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR