Bank Of Baku

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artacağı gözlənilir

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artacağı gözlənilir
# 11 iyun 2009 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin tədricən artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bildirib.

A.Belyaninovun sözlərinə görə, Rusiyanın apardığı hesablamalara əsasən, hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin illik həcmi təxminən 1,9 mlrd. ABŞ dolları təşkil edir. «Ticarət dövriyyəsinin artacağı gözlənilir və həm Rusiya, həm də Azərbaycan buna hazır olmalıdır».

Azərbaycan Dövlət Gömrük Komitəsinin Aydın Əliyev isə bildirib ki, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır: «Rusiya Azərbaycanın əsas idxalçısıdır. Ölkəmizin ümumi idxalının 18-20%-i məhz Rusiyadan gətirilən mal və məhsulların payına düşür».

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2009-cu ilin yanvar-mart ayları ərzində ölkəmizin xarici ticarət dövriyyəsinin ümumi həcmi 3 804,4 mln. dollar, o cümlədən ixrac 2 482,3 mln. dollar, idxal 1 322,1 mln. dollar təşkil edib, 1 160,2 mln. dollarlıq müsbət saldo yaranıb.

İdxal-ixrac əməliyyatlarının 20,7%-i İtaliya, 10,1%-i Fransa, 8,7%-i ABŞ, 8,2%-i Rusiya, 4,9%-i Almaniya, 4,9%-i İsrail, 4,6%-i Türkiyənin payına düşüb. İdxalın strukturunda Rusiyanın xüsusi çəkisi 17,5%, Almaniyanın 12,3%, Türkiyənin 12,3%, Ukraynanın 8,3%, Böyük Britaniyanın 6,1%, ABŞ-ın 5,8% təşkil edib. İxracda isə İtaliya (30,7%), Fransa (13,5%), ABŞ (10,3%), İsrail (6,6%), Kanada (5,2%), Gürcüstan (4,9%), Cənubi Koreya (3,8%), İndoneziya (3,5%), Tayvan (3,3%), Rusiya (3,1%) liderlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR