Bank Of Baku

«TBC Kredit» Azərbaycan Banklar Assosiasiyasına üzv olub

«TBC Kredit» Azərbaycan Banklar Assosiasiyasına üzv olub
# 11 iyun 2009 10:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatı Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv qəbul olunub. «TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, təşkilatın rəhbərliyi ABA-ya üzvlüyü biznesin gələcək inkişafı və qurumun yerli və beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün strateji cəhətdən əhəmiyyətli hesab edir.

Qeyd edək ki, 1990-cı ildə yaradılan ABA Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatlarını birləşdirən ictimai qurumdur.

«TBC Kredit» qeyri-bank kredit təşkilatının məcmu kredit portfeli 2009-cu ilin əvvəlinə 18,5 mln. ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 76% çoxdur. Təşkilatın müştərilərinin sayı 1 400 nəfərə çatıb.

«TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı kimi yaradılıb. «SOA Credit» təşkilatının brendi 2008-ci ilin may ayında dəyişdirilib. Brendin dəyişməsi Gürcüstan «TBC Bank»ının təşkilatın yeni təsisçisi olması ilə bağlıdır. Belə ki, ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalında 75%-lik iştirak payı «TBC Bank»a satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR