Bank Of Baku

Azərbaycan üzrə kassa məxarici 5% azalıb

Azərbaycan üzrə kassa məxarici 5% azalıb
# 11 iyun 2009 10:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin mayın 1-nə 6 376 257 200 manat, məxaric hissəsi isə 5 497 980 900 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, mədaxil üzrə illik artım 13,1%, məxaric üzrə isə azalma 4,9% olub.

Mayın 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 144 953 300 manat təşkil edib. Beləliklə, cari ilin ilk dörd ayında bank kassa dövriyyəsi üzrə müsbət saldo 878 276 300 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 897 019 700 manata bərabər olub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi 2 744 229 500 manat həcmində (ümumi dövriyyənin 43,04%-i) olan xarici valyuta satışı hesabına formalaşıb. Bundan əlavə, mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələri (895 859 400 manat və ya 14,05%) və vətəndaşların əmanətləri hesabına (577 005 800 manat və ya 9,05%) daxilolmalardır. Xarici valyuta satışından daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,4% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 21,8%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 16,6% azalıb.

Məxaricin əsas istiqamətləri arasında 1 407 605 000 manat və ya 25,6%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) birinci yerdədir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (698 749 800 manat və ya 12,7%) və xarici valyutanın alınmasına ödənişlər (442 825 300 manat və ya 8,05%) tutur. Son bir ildə qeyri-dövlət müəssisələrinə ödənişlər 18,6% azalıb, vətəndaşların əmanətləri hesabından ödənişlər 0,9% artıb. Xarici valyutanın alınmasına ödənişlər üzrə isə 37,4%-lik azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR