Bank Of Baku

Azərbaycanda sadələşdirilmiş vergi üzrə rüblük dövriyyənin maksimal həddi hüquqi şəxslər üçün artırılacaq

Azərbaycanda sadələşdirilmiş vergi üzrə rüblük dövriyyənin maksimal həddi hüquqi şəxslər üçün artırılacaq
# 11 iyun 2009 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsində sadələşdirilmiş vergi növü üzrə rüblük dövriyyənin maksimal həddi fiziki şəxslər üçün mövcud səviyyədə saxlanılması, hüquqi şəxslər üçün isə artırılması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, Milli Məclisin iqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında müzakirə edilərək parlamentin plenar sessiyasında baxılmaq üçün tövsiyə olunan qanun layihəsinə əsasən, həmin prosesi tənzimləyən 155.1 maddənin yeni redaksiyası təklif olunur.

Hazırda qüvvədə olan həmin maddəyə əsasən, «Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22 500 manatdan artıq olan şəxs (bu Məcəllənin 218.1.1.1.-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur». Təklif edilən yeni redaksiya isə aşağıdakı kimidir: «Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 150 000 manatdan (rüblük 37 500 manat) artıq olan hüquqi və 90 000 manatdan (rüblük 22 500 manat) artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur». Qeyd edək ki, 218.1.1.1-ci maddəsində göstərilənlər sərnişin daşımalarına aiddir və burada vergitutma mexanizmi fərqlidir.

ƏDV ödəyicisi olmayan sahibkarların sadələşdirilmiş vergi ödəməsini nəzərə alaraq, sadələşdirilmiş vergitutma sisteminə cəlb olunan hüquqi şəxslər təbəqəsinin genişləndirilməsi təklif edilir. Yəni, əgər hazırda hüquqi şəxslər (fiziki şəxslər kimi) sadələşdirilmiş vergini illik dövriyyə 90 000 manatadək olduğu halda ödəyirdisə, dəyişikliklər qəbul olunarsa bu hədd 150 000 manata qədər artırılacaq. Bunu da hüquqi şəxs olan kiçik və orta sahibkarların xeyrinə olan dəyişiklik kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR