Bank Of Baku

«Bank of Azerbaijan»da fiziki şəxslərin əmanətləri 41% artıb

«Bank of Azerbaijan»da fiziki şəxslərin əmanətləri 41% artıb
# 11 iyun 2009 11:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankında (SKB) fiziki şəxslər tərəfindən yerləşdirilən depozit portfeli 2009-cu ilin əvvəlinə nisbətən 41% artaraq iyunun 1-nə 46,698 mln. manata çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda əhalinin müddətli əmanətləri beş ay ərzində 43% artıb.

Bankda qeyd edilib ki, hazırda müştərilərə digər depozitlərlə yanaşı «Proqressiv» və «Rahat Depozit» növləri də təqdim edilir. «Proqressiv» depoziti müştərilərə pul əmanətlərini manat, dollar və ya avroda müvafiq olaraq illik 17%, 18% və 19% ilə yerləşdirmək imkanı verir. Eyni zamanda, depozit üzrə dividentləri hər ay almaq mümkündür. «Rahat Depozit» çərçivəsində depozit yerləşdirərək müştəriyə əmanətin məbləğinin 70%-dək hissəsi həcmində kredit xəttini açıla bilər. Qeyd edək ki, əmanətlər üzrə gəlirlik illik 14% təşkil etdiyi halda, açılan kredit xətti üzrə faiz dərəcəsi 12%-ə bərabərdir.

Xatırladaq ki, cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın ölkə üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR