Bank Of Baku

Azərbaycanda ƏDV ödəyicisi olan fiziki şəxslər 20% gəlir vergisi ödəyəcək

Azərbaycanda ƏDV ödəyicisi olan fiziki şəxslər 20% gəlir vergisi ödəyəcək
# 11 iyun 2009 13:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ƏDV ödəyicisi kimi fəaliyyət fiziki şəxs olan sahibkarların gəlir vergisinin dərəcəsi 20% səviyyəsində müəyyənləşdirilməsi təklif olunur. «APA-Economics»in məlumatına görə, bu yenilik Milli Məclisin iqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında müzakirə edilərək parlamentin sessiyasında müzakirəyə çıxarılması tövsiyə olunan Vergi Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsində əksini tapıb.

Fiziki şəxslərin gəlir vergisinə aid hazırda qüvvədə olan maddələrə əsasən, fiziki şəxslər iki pilləli cədvəl əsasında vergi ödəyir. Belə ki, aylıq gəliri 2 000 manatadək olan fiziki şəxslər 14%, 2 000 manatdan artıq olanlar isə 280 manat və faktiki gəlirlə 2 000 manat arasında olan fərqin 35%-ni ödəyir. Bu müddəalar Məcəllənin 101.1 və 101.2-ci maddələrində göstərilib. Yeni qanun layihəsində isə 101.3 maddənin əlavə edilməsi təkli olunur. Həmin maddəyə əsasən, «Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20% dərəcə ilə vergi tutulur».

Qeyd edək ki, eyni zamanda illik dövriyyəsi 90 min manatdan az olan sahibkarlar (fiziki şəxslər) sadələşdirilmiş vergitutma sisteminə cəlb olunaraq dövriyyədən 4% dəcərəsi ilə vergi ödəyir. Lakin illik dövriyyə 90 min manatdan artıq olduğu halda, sahibkar ƏDV ödəyicisinə çevrilir və bu halda hüquqi şəxslər mənfəət vergisi, fiziki şəxslər isə gəlir vergisini ödəməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR