Bank Of Baku

«Goldman Sachs»: Dollardan uzaqlaşmaq lazımdır

«Goldman Sachs»: Dollardan uzaqlaşmaq lazımdır
# 11 iyun 2009 13:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Baş ofisi Nyu-Yorkda yerləşən və bütün dünyada investisiya, bank, aktivlərin idarə edilməsi, konsaltinq və digər maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən «Goldman Sachs» şirkəti sonuncu araşdırmasının nəticələrini açıqlayıb. «APA-Economics»in məlumatına görə, şirkətin analitikləri hesab edirlər ki, dünya iqtisadiyyatının bərpasına dair gözləmələrin artması investorları böhran zamanı ən təhlükəsiz aktiv sayılan dollardan «uzaqlaşmağa» vadar edir. Hesabata əsasən, bu proses həmçinin xammalın qiymətində əksini tapır ki, bu da öz növbəsində ABŞ valyutasının daha da zəifləməsinə səbəb olacaq. Mütəxəssislərin fikrincə, səhm və digər maliyyə alətləri bazarları, xammal bazarlarının artması nəticəsində dollara və dollarda nominallaşmış aktivlərə yönəldilən vəsaitlərin məhz bu sahələrə axını baş verir və bu prosesin davamlı olacağı gözlənilir.

Nəticədə, «Goldman Sachs» öz müştərilərinə dollardan kənarlaşaraq avroya üstünlük vermələrini məsləhət görür. Maliyyə institutunun hesablamalarına görə, avro 1,45 dollara qədər möhkəmlənəcək. Həmçinin qeyd olunur ki, son zamanlar dollara maraq ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən siyasətin bir qədər sərtləşməsi barədə gözləmələr nəticəsində yüksəlib. Lakin «Goldman Sachs»ın araşdırmaları bunun baş verməyəcəyini və uçot dərəcəsinin hazırkı aşağı səviyyədə qalacağını göstərir. Həmçinin, Avropa Mərkəzi Bankı faiz dərəcəsini azaltmaq niyyətində deyil ki, bu da avronun möhkəmlənməsinə xidmət edir.

Bundan əlavə, «Goldman Sachs»ın analitikləri Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR) bazasından «sintetik» valyutanın yaradılması, bir sıra ölkənin xarici ticarətini milli valyutada aparılması ilə bağlı təkliflərin də dollar üçün çox mənfi amil olduğunu düşünürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR