Bank Of Baku

Azərbaycanda avtobusların vergitutma mexanizmi dəyişdiriləcək

Azərbaycanda avtobusların vergitutma mexanizmi dəyişdiriləcək
# 11 iyun 2009 14:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avtobuslar vasitəsi ilə sərnişin daşımaları ilə məşğul olan şəxslərin vergiyə cəld edilməsində dəyişikliklərin tətbiqi təklif olunur.

«APA-Economics»in məlumatına görə, Milli Məclisin iqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə olunan Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müvafiq qanun layihəsində sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə tutulan sadələşdirilmiş verginin dərəcələrində dəyişikliklər nəzərdə tutulur.

Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, 13-dək oturacaq yeri olan sərnişindaşıma vasitələri hər oturacaq yerinə görə ayda 1,8 manat, 13-dən 31-dək - 21,6 manat və əlavə olaraq 13-cü yerdən başlayaraq hər oturacaq yeri üçün 0,5 manat, 31 və daha artıq - 30,6 manat və əlavə olaraq 31-ci yerdən başlayaraq hər yer üçün 0,3 manat həcmində vergi ödəyir. Təklif olunan dəyişikliklər isə, oturacaq yerlərindən asılı olmayaraq sərnişindaşıma vasitələri üçün hər yerə görə 1,8 manat məbləğində verginin tutulmasını nəzərdə tutur.

Qeyd edək ki, Vergi Məcəlləsinin 218.1.1.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımalarını (o cümlədən, taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR