Bank Of Baku

«UniBank» nizamnamə kapitalını ikiqat artırıb

«UniBank» nizamnamə kapitalını ikiqat artırıb
# 11 iyun 2009 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) nizamnamə kapitalını iki dəfə artıraraq 30 mln. manata çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyun ayının 5-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bankın 15 mln. manat həcmində buraxdığı əlavə səhm emissiyasının nəticələri haqqında hesabatı qeydiyyata alıb.

Fəaliyyətə başladığı dövr ərzində ən iri səhm emissiyasını bank may ayının sonunda başa çatdırıb. Ümumilikdə, hər birinin nominal dəyəri 2 manat təşkil edən 7,5 mln. sadə adsız sənədləşdirilməmiş səhm emissiya olunub. Bu buraxılış nəticəsində bankın səhmdar kapitalının strukturu əhəmiyyətli dərəcədə dəyişməyib, çünki səhmlər bankın mövcud səhmdarları tərəfindən alınıb.

Qeyd edək ki, səhmlərin emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu ilin mart ayının 30-da qeydiyyata alınıb. Emissiyanın anderrayteri rolunda «UniCapital» şirkəti çıxış edib.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR