Bu əmsalın ən sadə hesablanması mexanizmi bankların məcmu kapitalının aktivlərin həcminə nisbətinin çıxarılması prinsipinə əsaslanır. Banklar fəaliyyətin minimal kapital əsasında qurulmasının tərəfdarı olsa da, bank sektorunda tənzimləyici funksiyalarını yerinə yetirən dövlət qurumları əksinə, kapitalın həcminin mütəmadi artırılmasının lehinə çıxış edir. Çünki kapitalın yetərliliyi bankın ümumi etibarlılığını qiymətləndirməyə əsas verir.
Ekspertlərin fikrincə, məhz bu göstərici bankın əmanətçilərə maddi ziyan vurmadan hansı səviyyədə zərəri maliyyələşdirmək iqtidarında olduğunu əks etdirir.
Aşağıdakı cədvəldə ölkədəki bankların kapitalın yetərliliyi əmsalı (01.04.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Məcmu kapital / Aktivlər (%) | |
1 | Azfinansbank | 92,43 |
2 | Kövsər Bank | 60,79 |
3 | Paşa Bank | 54,62 |
4 | Azərbaycan Kredit Bankı | 46,42 |
5 | Bank Avrasiya | 44,85 |
6 | United Credit Bank | 41,29 |
7 | Günay Bank | 41,14 |
8 | Gəncə Bank | 39,48 |
9 | Deka Bank | 38,61 |
10 | NBCBank | 38,49 |
11 | Melli İran Bankı Bakı | 37,70 |
12 | Əmrahbank | 36,71 |
13 | YapıKredi Bank Azerbaijan | 35,70 |
14 | Atrabank | 31,94 |
15 | Qafqaz İnkişaf Bankı | 31,00 |
16 | Debut Bank | 30,34 |
17 | Kredo Bank | 29,57 |
18 | Azər-Türk Bank | 29,20 |
19 | Azərbaycan Sənaye Bankı | 27,84 |
20 | Azərnəqliyyatbank | 25,11 |
21 | Turan Bank | 23,34 |
22 | Kapital Bank | 22,47 |
23 | AccessBank | 20,31 |
24 | Royal Bank | 19,23 |
25 | Muğan Bank | 18,78 |
26 | UniBank | 18,41 |
27 | Azerdemiryolbank | 18,09 |
28 | Bank of Baku | 17,81 |
29 | Bank of Azerbaijan | 17,29 |
30 | Xalg Bank | 16,14 |
31 | Para Bank | 15,97 |
32 | AGBank | 15,33 |
33 | Bank Standard | 14,72 |
34 | AtaBank | 14,58 |
35 | Rabitabank | 14,05 |
36 | Bank Respublika | 13,42 |
37 | Texnikabank | 13,40 |
38 | Azərbaycan Beynəlxalq Bankı | 11,82 |
39 | Nikoil Bank | 10,72 |
40 | Zamin Bank | 10,07 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın göstəriciləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Kapitalın yetərliliyi əmsalına gəldikdə isə, ilk yeri respublikanın ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) deyil, «AzfinansBank» tutub. Belə ki, bu bank üzrə kapitalın yetərliliyi əmsalı 92,42%-ə bərabərdir («Azfinansbank» məcmu kapital üzrə renkinqdə 39-cu yeri tutub). ABB isə 11,82% göstəricisi ilə 37-ci pillədə qərarlaşıb.
Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə əsasən, kapitalın yetərliliyi əmsalının 10-20% civarında olması daha məqsədə uyğundur və bu, bankın etibarlı olduğunu göstərir. Həmin əmsalın həddindən artıq yüksək olması isə əksər hallarda bankların aktivlər cəlb etmək sahəsində mövcud problemləri ilə bağlıdır. Yəni, yuxarıdakı renkinqin ikinci yarısında yerləşən bankların vəziyyətini müsbət qiymətləndirmək mümkündür.