Bank Of Baku

«AzSığorta» gələn il həyat sığortası üzrə şirkət yaradacaq

«AzSığorta» gələn il həyat  sığortası üzrə şirkət yaradacaq
# 12 iyun 2009 06:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2010-cu ildə özünün həyat sığortası üzrə ixtisaslaşmış şirkətini yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, mövcud qlobal iqtisadi böhran şəraitində həyat sığortası üzrə şirkətin təsis edilməsi olduqca ciddi addım sayılır. Bu baxımdan bu il ərzində «AzSığorta»nın bu sığorta növü üzrə yeni şirkət yaratmaq planı hələlik real deyil.

X.Məmmədxanlı bildirib ki, həyat sığortası üzrə yeni şirkətin yaradılması prosesinə növbəti ilin yanvar ayından başlanılacaq: «Artıq bu şirkətin yaradılması üçün tələb olunan kapitalın (5 mln. manat) ayrılmasına dair səhmdarlar tərəfindən şifahi razılıq verilib».

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.

Cari ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4 mln. manat, ödənişləri isə 1,338 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR