Aşağıdakı cədvəldə ölkədəki bankların nizamnamə kapitalının aktivlərə nisbəti (2009-cu ilin aprelin 1-nə) barədə məlumat verilir:
Banklar | Nizamnamə kapitalı / Aktivlər (%) | |
1 | Azfinansbank | 94,67 |
2 | Kövsər Bank | 59,49 |
3 | Paşa Bank | 48,12 |
4 | Bank Avrasiya | 42,81 |
5 | Günay Bank | 38,10 |
6 | Azərbaycan Kredit Bankı | 37,26 |
7 | United Credit Bank | 37,15 |
8 | NBCBank | 33,62 |
9 | Melli İran Bankı Bakı | 33,35 |
10 | Gəncə Bank | 33,19 |
11 | Qafqaz İnkişaf Bankı | 31,24 |
12 | Deka Bank | 30,52 |
13 | Atrabank | 29,84 |
14 | Debut Bank | 28,56 |
15 | Kredo Bank | 27,55 |
16 | YapıKredi Bank Azerbaijan | 24,27 |
17 | Azərnəqliyyatbank | 23,22 |
18 | Azər-Türk Bank | 22,47 |
19 | Turan Bank | 21,10 |
20 | Əmrahbank | 20,87 |
21 | Azərbaycan Sənaye Bankı | 20,86 |
22 | Royal Bank | 17,61 |
23 | Muğan Bank | 16,55 |
24 | Para Bank | 14,10 |
25 | Xalg Bank | 13,87 |
26 | Bank of Azerbaijan | 12,81 |
27 | Bank Standard | 11,97 |
28 | Rabitabank | 9,93 |
29 | AtaBank | 9,78 |
30 | AccessBank | 8,70 |
31 | Zamin Bank | 8,21 |
32 | Nikoil Bank | 7,78 |
33 | AGBank | 7,33 |
34 | Kapital Bank | 7,03 |
35 | Azerdemiryolbank | 6,29 |
36 | Texnikabank | 6,24 |
37 | Azərbaycan Beynəlxalq Bankı | 5,86 |
38 | Bank Respublika | 5,85 |
39 | Bank of Baku | 4,09 |
40 | UniBank | 4,00 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın göstəriciləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və s. subyektiv səbəblərlə bağlıdır.
Cədvəldən göründüyü kimi, yalnız 12 bank təşkilatının («Əmrahbank», «Azərbaycan Sənaye Bankı», «Royal Bank», «Muğan Bank», «Parabank», «Xalq Bank», «Bank of Azerbaijan», «Bank Standard», «Rabitəbank» və «Ata Bank») göstəriciləri nisbətən normaya (9,51 - 20,0) uyğundur.
Daha 11 bankın (sıra 30-40) göstəricisi isə normadan aşağı, qalan bankların (sıra 1-19) göstəriciləri isə normadan artıqdır.