Bank Of Baku

«Kapital Bank»ın İdarə Heyətinin yeni tərkibi təsdiqlənib

«Kapital Bank»ın İdarə Heyətinin yeni tərkibi təsdiqlənib
# 12 iyun 2009 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) İdarə Heyətinin yeni tərkibi formalaşıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Elmar Məmməd oğlu Məmmədov İdarə Heyətinin sədri, Yaşar Zeynalabdı oğlu Məmmədov, Araz İsmayıl oğlu Əliyev, Murad Oktay oğlu Şirəliyev sədrin müavinləri və Məhyəddin Tahir oğlu Məmmədov isə İdarə Heyətinin üzvü təyin olunublar.

Qeyd edək ki, Elmar Məmmədovdan əvvəl bu vəzifəni Rauf Rzayev icra edib. R.Rzayev bankın Müşahidə Şurasının bu ilin iyun ayının 5-də keçirilən iclasında öz xahişi ilə bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu ilin mart ayının 31-də səhmdarların ümumi iclasında bankın Müşahidə Şurasının tərkibi formalaşıb. Belə ki, Vadim Şneyer bankın Müşahidə Şurasının sədri, Rauf Hacıyev, Nofəl Rzayev, Araz Ağayev və Fərhad Əmirbəyov Şuranın üzvləri seçiliblər.

«Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR