Bank Of Baku

Azərbaycanda əhali bank əmanətləri üzrə hesablanan faizləri fəal şəkildə geri götürür

Azərbaycanda əhali bank əmanətləri üzrə hesablanan faizləri fəal şəkildə geri götürür
# 12 iyun 2009 08:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank kassa dövriyyəsində əhalinin əmanətləri üzrə kassa mədaxili 2009-cu ilin yanvar-aprel ayları ərzində 577 005 800 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda əhalinin əmanətləri üzrə bank kassasının məxarici isə 698 749 800 manat təşkil edib.

Beləliklə, əhalinin əmanətləri üzrə ödəmə və daxilolmalarda 121 744 000 manat həcmində mənfi saldo yaranıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə mənfi saldo 464 dəfə (!) artıb.

Qeyd edək ki, ötən ilin ilk dörd ayı ilə müqayisədə əmanətlər üzrə kassa mədaxili 16,6% azalıb, məxaric isə 0,9% artıb. Bu göstəricilər ümumilikdə mənfi kimi qiymətləndirilsə də, cari ilin birinci rübündə əmanətlər üzrə kassa məxaricinin illik artımı 20%-dən çox olub.

Cari ilin əvvəlindən mayın 1-nə qədər əhalinin əmanətləri üzrə qalıq 37,9 mln. manat azalaraq 1 865,8 mln. manat təşkil edib. Beləliklə, əmanətlər üzrə məxariclə mədaxil arasında 121,7 mln. manat həcmində olan fərqin yaranmasının əsas səbəbi əhali tərəfindən əmanətlərə hesablanan faizlərin fəal şəkildə götürülməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR