Bank Of Baku

«AzSığorta» Azərbaycanda ilk dəfə on-line xidmətlərə başlayıb

«AzSığorta» Azərbaycanda ilk dəfə on-line xidmətlərə başlayıb
# 12 iyun 2009 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti ölkədə ilk dəfə olaraq «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və «Xaricə səfər edənlərin sığortası» növləri üzrə on-line rejimdə xidmət göstərməyə başlayıb.

«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən təqdimat mərasimində şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib ki, istənilən müştəri hər iki sığorta növü üzrə evdən, iş yerindən və mobil telefondan www.buy-e-insurance.az saytına daxil olaraq, sığorta şəhadətnaməsini əldə edə bilər.

Daha sonra X.Məmmədxanlı şirkətin son illər ərzində əldə etdiyi nailiyyətlərdən danışıb: «Son aylarda qazandığımız nailiyyətlər, müştərilərimizə təqdim etdiyimiz yeniliklər və ümumiyyətlə, sığorta bazarında irəliləməyimiz böyük uğurdur və təbii ki, ağır əməyin nəticəsidir».

Qeyd edək ki, tədbirdə media nümayəndələri, digər sığorta şirkətlərinin rəsmiləri, səfirlik, nazirlik, bankların əməkdaşları, iş adamları iştirak ediblər.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.

Cari ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4 mln. manat,
ödənişləri isə 1,338 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR