Bank Of Baku

Azərbaycanın bütün gömrük keçid məntəqələri yaxın vaxtlarda tam kompüterləşdiriləcək

Azərbaycanın bütün gömrük keçid məntəqələri yaxın vaxtlarda tam kompüterləşdiriləcək
# 12 iyun 2009 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 1-2 ay ərzində Azərbaycanın gömrük keçid məntəqələrində tətbiq olunan «bir pəncərə» sistemi tam kompüterləşdiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib.

A.Əliyevin sözlərinə görə, ilin əvvəlindən gömrük keçid məntəqələrində tətbiq olunan «bir pəncərə» sistemi işi xeyli asanlaşdırıb: «Bu sistem çox rahatdır və artıq bir neçə ölkə Azərbaycanın mövcud təcrübəsindən bəhrələnmək istədiyini bildirib».

Qeyd edək ki, gömrük keçid məntəqələrində «bir pəncərə» sistemi Azərbaycanda 2009-cu ilin yanvarın 1-dən tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR