Bank Of Baku

«AzSığorta» şirkəti «Tibbi sığorta» üzrə yeni məhsul hazırlayır

«AzSığorta» şirkəti «Tibbi sığorta» üzrə yeni məhsul hazırlayır
# 12 iyun 2009 11:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti «Tibbi sığorta» növü üzrə yeni sığorta proqramı hazırlayır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Amir Adeli bildirib.

A.Adelinin sözlərinə görə, bu proqramda sığorta hadisəsi zamanı xəstəlikdən asılı olaraq müştəri Almaniyanın istənilən özəl tibb müəssisində müalicə ala biləcək.

Sədr proqramın hazır olmadığı üçün onun tam təfsilatını açıqlamayıb: «Hazırda «AzSığorta» şirkətinin mütəxəssisləri tərəfindən bu proqram üzrə müvafiq iş aparılır».

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.

Cari ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4 mln. manat,
ödənişləri isə 1,338 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR