Bank Of Baku

«Azərdəmiryolbank»ın aktivləri son bir ildə 18% artıb

«Azərdəmiryolbank»ın aktivləri son bir ildə 18% artıb
# 12 iyun 2009 11:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin iyun ayının 1-nə 208,48 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,03% artaraq 159,24 manata çatıb ki, bu da aktivlərin strukturunun 75%-nə bərabərdir.

Bankın əsas vəsaitləri və qeyri-maddi aktivlərin dəyəri 19% artaraq 13,6 mln. manata çatıb.

Həmçinin, bu ilin iyun ayının 1-nə bankın məcmu öhdəlikləri 169,64 mln manat, müştərilərin vəsaitləri 59,15 mln. manat, o cümlədən müddətli depozitlərin həcmi 47,78 mln. manat olub. Bankın maliyyə sektoru qarşısındakı öhdəlikləri isə 97,75 mln. manat təşkil edib.

Qeyd edək ki, bankın məcmu kapitalı 38,84 mln manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat olub.

Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Bank 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR