Bank Of Baku

«Fitch Ratings» agentliyi Azərbaycan Beynəlxalq Bankının yeni reytinqlərini təsdiqləyib

«Fitch Ratings» agentliyi Azərbaycan Beynəlxalq Bankının yeni reytinqlərini təsdiqləyib
# 12 iyun 2009 12:54 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) «BB+», onun proqnozunu «sabit», xarici valyutada qısamüddətli reytinqini «B», fərdi reytinqini «D/E», dəstək reytinqini «3» və dəstək reytinqinin aşağı həddini «BB+» səviyyəsində təsdiqləyib.

«APA-Economics»in məlumata görə, «Fitch» agentliyinin mütəxəssislərinin fikrincə, banka təyin olunan emitentin defolt reytinqləri hökumət tərəfindən lazım olduğu halda göstəriləcək dəstək ehtimalının orta səviyyədə qiymətləndirilməsini əks etdirir.

Belə ki, ölkənin bank sistemi və ümumilikdə iqtisadiyyatı üçün ABB-nin əhəmiyyətini, o cümlədən Maliyyə Nazirliyinin bankda 50,2% paya sahib olmasını nəzərə alaraq, Azərbaycan hökumətinin banka dəstək meylinin yüksək olmasını demək mümkündür.

Bundan başqa, ölkənin lazımi dəstəyi göstərmək qabiliyyəti bankın emitentin uzunmüddətli defolt reytinqində (BB+) öz əksini tapır ki, bu da agentliyin Azərbaycana bu ayın əvvəlində təyin etdiyi ölkə reytinqlərinə bərabərdir (iyunun 2-də «Fitch» Azərbaycanın ölkə reytinqini «sabit» proqnozla «BB+» səviyyəsində təsdiqləyib).

«Fitch» agentliyində hesab edirlər ki, bankın fərdi reytinqi hazırda onun aktivlərin zəifləyən keyfiyyətindən (ümidsiz kreditlər və vaxtı keçmiş kreditlərin yüksək paya sahib olması) yaranan riskləri, nisbətən az kapitallaşması, bəzi xarici ortamüddətli yenidənmaliyyələşdirmə riski, mühasibat balansı üzərində əhəmiyyətli konsentrasiya və s. nəzərə alır.

Eyni zamanda, «Fitch» analitiklərinin fikrincə, ABB-nin yerli françayzinqinin genişliyi, yerli iri korporativ müştərilərə xidmət sahəsində uzun illik təcrübəsi və bu günə qənaətbəxş mənfəətliliyi qeyd edilməlidir.

Eyni zamanda vurğulanır ki, ABB-nin göstəriciləri onun ən böyük kreditor mövqeyini nəzərə aldıqda, ümumi makroiqtisadi dinamikaya çox həssasdır. Belə ki, kredit portfelində borcalanların payı yüksəkdir və dövlətlə əlaqəli olan müəssisələrə ayrılan kreditlər ümumi portfelin yarıdan çoxunu təşkil edir (tənzimləyici qurum dövlətlə əlaqədar şirkətlərə münasibətdə bankın qoyulan limitləri tez-tez pozmasına imkan verir).

Cari ilin aprelin sonuna ən aşağı üç tənzimləyici kateqoriya üzə problemli hesab olunan kreditlərin ümumi portfeldə payı 6,1% təşkil edib. Menecmentin ehtimallarına görə, ayrılan kreditlərin daha 5,5%-i 90 gün vaxtı keçmiş kreditlərdir, lakin bunlar problemli kimi təsnif olunmur, halbuki vaxtı bir gün keçən, ancaq problemli kreditlər kateqoriyasına aid edilməyən kreditlərin payı 26,1% təşkil edir.

Bir neçə ümidverici amillərə, o cümlədən debitora hər hansı bir formada dövlət dəstəyinin göstərilməsi və əmlak girovu ilə təmin olunması kimi səbəblərə görə, bank bu kreditləri problemli hesab etmir.

Aprelin sonuna Tier-1 və məcmu tənzimləmə kapital əmsalları müvafiq olaraq 9,0% və 13,1% olub, ehtiyatlar/kreditlər nisbəti isə 10%-ə çatıb ki, bu da itkiləri neytrallaşdırmaq qabiliyyətinin orta səviyyədən yüksək olmadığını göstərir.

Eyni zamanda, agentlik bildirib ki, banka verilən emitentin defolt reytinqlərində hər hansı dəyişiklik ölkənin suveren reytinqində dəyişiklik olacağı və ya hökumətin banka dəstək vermə meyli və ya qabiliyyətinin dəyişməsi halında mümkündür.

Fərdi reytinq üzrə aşağıya doğru dəyişməyə isə aktivlərin keyfiyyət göstəriciləri üzrə davamlı pisləşmə və bununla da kapitallaşmaya böyük təzyiqə səbəb ola bilər.

Ötən ilin sonuna olan, ABB ölkənin bank sisteminin bütün seqmentləri üzrə sahib olduğu yüksək bazar payı ilə dominantlıq edir: aktivlərdə payı 43%, depozitlərdə - 26%-dir.

«Bankın özəlləşdirməsi isə yaxın perspektivdə demək olar ki, ehtimal olunmur», - deyə agentliyin hesabatında bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR