Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı SMS-mәlumatlandırma sistemini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı SMS-mәlumatlandırma sistemini istifadəyə verib
# 12 iyun 2009 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «SMS Notification» adlı yeni mәlumatlandırma sistemi üzrə xidmәtlərə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmәt vasitәsi ilә müştəri plastik kart hesabındakı bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xəbərdar edilir – operativ şəkildə müştərinin mobil telefonuna SMS göndәrilir.

Belәliklә, müştəri әmәk haqqınızın ödәnildiyini, pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar edilir. Hәftәnin yeddi günü vә günün 24 saatı mәkandan vә zamandan asılı olmayaraq plastik kart hesabı nәzarәt altında olacaq.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 3 308,797 mln. manat, depozit portfeli 1 606,810 mln. manat, kredit portfeli 2 279,951 mln. manat, məcmu kapitalı 391,188 mln. manat, o cümlədən nizamnamə kapitalı 193,834 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2 633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR