Bank Of Baku

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı yanvar-may aylarında 2,6 dəfə genişlənib

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı yanvar-may aylarında 2,6 dəfə genişlənib
# 16 iyun 2009 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın qiymətli kağızlar bazarında korporativ qiymətli kağızlar üzrə əməliyyatların həcmi 2,6 dəfə artaraq 177 590 402 manat təşkil edib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əqdlərin azalmasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə əməliyyatların həcmi artıb. Belə ki, 2008-ci ilin yanvar-may ayları ərzində 2 430 əqd üzrə 67 845 902 manat məbləğində əməliyyat aparılıb. Bu ilin ilk beş ayı ərzində isə 1 597 əqd üzrə aparılan əməliyyatın həcmi 177 590 402 manat təşkil edib.

Hesabat dövründə ən çox qeydə alınan əqdlərin sayı səhmlər üzrə olub. Belə ki, yanvar-may aylarında səhmlər üzrə 1 567 əqd qeydə alınıb. Bu da, ötən ilin analoji dövrü ilə müqayisədə 34,2% azdır. Əqdlərin azalmasına baxmayaraq, səhmlər üzrə əməliyyatların həcmi 3 dəfə artaraq 150 916 996 manata çatıb.

Korporativ istiqrazlara gəldikdə isə, hesabat dövründə 30 əqd üzrə 26 673 406 manat həcmində əməliyyat aparılıb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR