Bank Of Baku

Bu gündən Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə başlanılır

Bu gündən Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə başlanılır
# 16 iyun 2009 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca ilkin olaraq 15 mln. manat həcmində istiqraz çıxarılacaq. Yerləşdirmənin başlanma tarixində istiqrazların satış qiyməti istiqrazın nominal dəyərinin 100%-ni, yəni 1 000 manat təşkil edir. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilər.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti bu ili mayın 29-da qeydiyyata alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR