Bank Of Baku

Azərbaycan Dövlət Sığorta Nəzarəti Xidməti İdarəetmə İnformasiya Sistemi proqram təminatının hazırlanmasına dair tender keçirir

Azərbaycan Dövlət Sığorta Nəzarəti Xidməti İdarəetmə İnformasiya Sistemi proqram təminatının hazırlanmasına dair tender keçirir
# 16 iyun 2009 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti İdarəetmə İnformasiya Sistemi proqram təminatının və əlaqədar xidmətlərin işlənib hazırlanmasının həyata keçirilməsi məqsədilə tender elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin avqustun 17-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası avqustun 18-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 404-46-99.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR