Bank Of Baku

Yaxın vaxtlarda dünyada vahid maliyyə standartları hazırlanacaq

Yaxın vaxtlarda dünyada vahid maliyyə standartları hazırlanacaq
# 16 iyun 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Son illərin ən güclü dünya maliyyə böhranının hökm sürməsinə baxmayaraq, dünya maliyyə sistemi hər hansı ciddi dəyişikliklərə məruz qalmayacaq. «APA-Economics»in məlumatına görə, bu fikir ötən istirahət günlərində İtaliyada keçirilmiş «Böyük Səkkizlik» (G-8) sammitində səslənib. Eyni zamanda, beynəlxalq maliyyə tənzimləyiciləri dünyada vahid maliyyə standartlarının işlənilməsi zərurəti ilə razılaşıb ki, həmin standartlar bu kimi böhranların gələcəkdə təkrarlanmasının qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, ikigünlük sammit dünya valyuta strukturunda və siyasətində hər hansı gurultulu hadisəyə səbəb olmayıb və məlum olub ki, dünya dolların alternativini axtarmağa hazır deyil. Hətta son zamanlar dollara qarşı ciddi bəyanatlarla seçilən ölkələr, məsələn Rusiya öz strateji ehtiyatlarında dolların payını ciddi şəkildə azaltmaq niyyətində olmadığını elan edib. Qeyd edək ki, əvvəllər məhz Rusiya Çinlə birlikdə dünyanın yeni ehtiyat valyutasının yaradılması zərurətini dəfələrlə vurğulayıb.

Eyni zamanda bildirilir ki, ABŞ-ın maliyyə aktivlərinin əsas sahibləri olan Çin və Yaponiya aprel ayında Amerika dövlət qiymətli kağızlar zərflərini azaldıb. O cümlədən, Çin öz zərfini aprel ayında 767,9 mlrd. dollardan 763,5 mlrd. dollaradək, Yaponiya isə 686,7 mlrd. dollardan 685,9 mlrd. dollaradək azaldıb. Ümumilikdə, ABŞ-ın səhm, veksel və istiqrazlarının xarici investorlara satışı aprel ayında 11,2 mlrd. dollar təşkil edib ki, bu da mart göstəricisindən təxminən 5 dəfə azdır. Qeyd edək ki, ABŞ hökumətinin borcalma tələbatının artması xarici investorların ölkənin borc qiymətli kağızlarına marağını azaldacaq ki, bu da daxili faiz dərəcələrinin yüksəlməsi ilə nəticələnə bilər.

Yuxarıda qeyd olunmuş vahid maliyyə standartlarına gəldikdə isə, G-8 sammiti buna aydınlıq gətirib. Belə ki, həmin standartlar şirkətlərin menecmentə mükafatların verilməsi, sistem yaradan institutları və reytinq agentlikləri, mühasibat uçotu standartları, vergi ofşor zonaları üzrə nəzarət və pulların yuyulması və terrorizmin maliyyələşməsi ilə mübarizə kimi məsələlərə aid olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR