Bank Of Baku

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında azalma müşahidə olunur

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında azalma müşahidə olunur
# 16 iyun 2009 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın dövlət qiymətli kağızlar bazarında azalma müşahidə olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 493 əqd üzrə 2 178 397 770 manatlıq əməliyyat aparılıb. Bu da, ötən ilin analoji dövrü ilə müqayisədə 36% azdır. Belə ki, ötən ilin ilk beş ayı ərzində 939 əqd üzrə 3 410 934 763 manatlıq əməliyyat qeydə alınıb.

Hesabat dövründə dövlət istiqrazları ilə bağlanmış 100 əqdi üzrə 333 836 932 manatlıq əməliyyat aparılıb ki, bu da 2008-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,3 dəfə çoxdur.

Mərkəzi Bankın notları üzrə aparılan əməliyyatların həcmi isə 4 dəfə azalıb. Belə ki, əgər ötən ilin ilk beş ayı ərzində əməliyyatların həcmi 1 069 264 011 manat təşkil etmişdirsə, cari ilin yanvar-may aylarında notların həcmi cəmi 267 670 636 manat səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR