Bank Of Baku

Asiya İnkişaf Bankının sərmayələr üzrə eksperti Azərbaycana gəlib

Asiya İnkişaf Bankının sərmayələr üzrə eksperti Azərbaycana gəlib
# 16 iyun 2009 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) maliyyə sektoru və qiymətli kağızlar bazarı şöbəsinin sərmayələr üzrə baş əməkdaşı xanım Kleyr Armedilla (Claire Armedilla) Azərbaycana gəlib.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 18-dək davam edəcək səfərin məqsədi Azərbaycanın bank sektorunda hazırkı vəziyyəti ilə tanış olmaqdır. «Səfər çərçivəsində AİB rəsmisi Azərbaycan Beynəlxalq Bankı, «AGBank», «Bank of Baku», «Access Bank», «Bank Resrublika», Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Bakıdakı ofislərində görüşlər keçirəcək», - deyə Asiya Bankının Azərbaycan nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-nın üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR