Bank Of Baku

Azərbaycanın banklararası kredit bazarında avro ilə əməliyyatlar üstünlük təşkil edir

Azərbaycanın banklararası kredit bazarında avro ilə əməliyyatlar üstünlük təşkil edir
# 16 iyun 2009 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında 2009-cu ilin I rübündə milli valyutada bağlanmış əqdlərin ümumi həcmi 18,5 mln. manat təşkil edib və bağlanmış əqdlər üzrə orta illik faiz dərəcəsi 12,9%-ə bərabər olub. «APA-Economics»in məlumatına görə, bu barədə AMB tərəfindən hazırlanmış «2009-ci ilin I rübünün yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında hesabat»da deyilir.

Hesabat dövrü ərzində ABŞ dolları ilə bağlanmış əqdlərin ümumi həcmi 6,5 mln. ABŞ dolları, orta illik faiz dərəcəsi 15,8% təşkil edib. Avro ilə bağlanmış 12 əqdin ümumi həcmi 27,2 mln. avro, orta illik faiz dərəcəsi isə 14,3% olub. Beləliklə, cari ilin birinci rübündə banklar tərəfindən avro ilə kreditlərə daha çox maraq göstərilib.

Hesabata əsasən, təhlil olunan dövr ərzində dövlət qiymətli kağızları ilə «bank-bank» sxemi üzrə aparılan banklararası REPO əməliyyatlarının ümumi həcmi 61,2 mln. manata bərabər olub. Müqayisə üçün qeyd edək ki, 2008-ci ilin müvafiq dövrü ərzində bu göstərici 204,3 mln. manat təşkil edib. Banklararası REPO əməliyyatları üzrə orta ölçülmüş gəlirlilik isə 1,51% olub. Beləliklə, əsasən faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqədar banklararası REPO əməliyyatları üzrə dövriyyənin azaldığını vurğulamaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR