Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihənin icrasına hazırlaşır

Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihənin icrasına hazırlaşır
# 16 iyun 2009 10:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının 22-26-da Asiya İnkişaf Bankının (AİB) layihə idarəetməsi üzrə baş mütəxəssisi Radhakrişna Narasimham (Radhakrishna Narasimham) Azərbaycana səfər edəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda Maliyyə Açıqlığı Standartlarının Təkmilləşdirilməsi Layihəsinin icrasına başlanmasına dair müzakirələrin aparılmasıdır: «Layihənin həmçinin Gürcüstan və Ermənistanda da həyata keçirilməsi planlaşdırılır».

Layihədə üç ölkənin korporativ və maliyyə sektorlarında idarəetmə praktikasının təkmilləşdirilməsi, mühasibatlıq standartlarının Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (BMHS) və audit standartlarını Beynəlxalq Audit Standartlarına (BAS) uyğunlaşdırılması nəzərdə tutulur. İlkin olaraq layihənin dəyəri 600 min ABŞ dolları həcmində qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR