Bank Of Baku

Azərbaycanda ipoteka kağızlarının bazarı yanvar-may aylarında 36% artıb

Azərbaycanda ipoteka kağızlarının bazarı yanvar-may aylarında 36% artıb
# 16 iyun 2009 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 52 əqd üzrə 5 203 156 manatlıq ipoteka kağızları dövlət qeydiyyatına alınıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə əqdlərin sayının 8% azalmasına baxmayaraq, ipoteka kağızlarının həcmi 35,8% artıb.

Qiymətli kağızlar bazarında digər qeyri-investisiya qiymətli kağızları – veksellərə gəldikdə isə, hesabat dövründə veksellərin həcmi təxminən 26 dəfə azalaraq 944 480 manat təşkil edib. Bu dövr ərzində cəmi 3 veksel əqdi qeydə alınıb. Halbuki, ötən ilin ilk 5 ayı ərzində 202 analoji əqd qeydə alınmışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR