Bank Of Baku

«Azfinansbank» bu il internet-bankçılıq xidmətinə başlayacaq

«Azfinansbank» bu il internet-bankçılıq xidmətinə başlayacaq
# 16 iyun 2009 12:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azfinansbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi internet-bankçılıq üzrə xidmət göstərməyə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, hazırda bu istiqamətdə bankda müvafiq işlər aparılır və yeni xidmətin artıq ilin sonunadək müştərilərin istifadəsinə verilməsi planlaşdırılır.

Qeyd edək ki, «Azfinansbank» SKB bank fəaliyyəti ilə bağlı lisenziyanı 2008-ci ilin noyabrın 30-da alıb və bu ilin fevral ayında rəsmən fəaliyyətə başlayıb.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 10,563 mln. manat, depozit portfeli 0,282 mln. manat, məcmu kapitalı 9,762 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR