Bank Of Baku

Azərbaycanda ÜDM-in həcmi yanvar-may aylarında 4,4% artıb

Azərbaycanda ÜDM-in həcmi yanvar-may aylarında 4,4% artıb
# 16 iyun 2009 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 4,4% artaraq 11,4 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in adambaşına düşən həcmi 1 317,1 manat və ya 1 638,2 ABŞ dolları təşkil edib.

Bu dövrdə sənayedə 5,3 mlrd. manatlıq, yaxud ÜDM-in 46,9%-i qədər, tikintidə 1,2 mlrd. manatlıq (müvafiq olaraq 10,1%), kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 338,4 mln. manatlıq (3%) əlavə dəyər yaradılıb. Eyni zamanda, ÜDM istehsalının 30,7%-i xidmət sahələrinin, o cümlədən 7,2%-i nəqliyyatın, 2,2%-i poçt və rabitənin, 8,4%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərin, 1,3%-i mehmanxana və restoran xidmətlərinin, 11,6%-i isə sosial və digər xidmət sahələrinin payına düşüb.

Qeyd edək ki, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR