Bank Of Baku

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısında iştirak edir

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısında iştirak edir
# 17 iyun 2009 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Salonikidə (Yunanıstan) keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) XI illik toplantısında iştirak edir.

Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı maliyyə naziri, QDTİB-in Azərbaycan üzrə müdiri Samir Şərifov təmsil edir.

Toplantıda QDTİB-in 2008-ci il üzrə büdcəsinin icrasına dair illik maliyyə hesabatı və müstəqil auditor rəyi, 2009-cu il üzrə büdcə, 2010-2020-ci illər üzrə Bankın uzunmüddətli strateji planı və bir sıra digər məsələlər müzakirə olunur.

Xatırladaq ki, Azərbaycan 2002-ci ildən QDTİB-in üzvüdür. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in təsisçiləri rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR